Bolqarıstanda sərnişin avtobusu qəzaya uğradı - 46 TURİST YANARAQ ÖLDÜ
12-Sİ UŞAQDIR
Bolqarıstanın Struma şosesində Şimali Makedoniyadan gələn turistlərin olduğu avtobus qəzaya uğrayaraq yanıb.
 
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, insident yerli vaxtla saat 03 (Bakı vaxtı ilə saat 04) radələrində baş verib. Qeyd edilir ki, hadisə yerində 45 nəfər, o cümlədən 12 uşaq həlak olub. Qəza zamanı avtobusda 52 nəfər olub.
 
NOVA telekanalı isə hadisə nəticəsində 46 nəfərin öldüyünü bildirib. Ölənlər arasında avtobusun sürücüsü də var. 
 
İlkin məlumata görə, avtobusda qəfil yanğın meydana gəlib və sərnişinlərin əksəriyyəti nəqliyyat vasitəsini tərk edə bilməyiblər.
 
Yeddi sərnişin (2 qadın, 5 kişi) isə müxtəlif dərəcəli yanğın xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Qeyd olunur ki, avtobusda olan turistlərin hamısı Şimali Makedoniya vətəndaşı olub.
 
Hazırda hadisənin baş verdiyi yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları təhqiqat aparırlar.
 
Şimali Makedoniyanın Baş naziri Zoran Zaev qəza ilə bağlı başsağlığı verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.