Asiya Çempionlar Liqasının “Zheijang” - “Buriram United” matçından sonra futbolçular arasında kütləvi dava düşüb.
Senzor.az bildirir ki, kütləvi davada Tailandın “Buriram United” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayev də iştirak edib.
O, rəqib futbolçu ilə əlbəyaxa dava zamanı Çin klubunun üzvləri tərəfindən təklənib və döyülüb.
Qeyd edək ki, görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki klubun oyunçularına cəza veriləcəyi gözlənilir.
Dava ilə bağlı görüntüləri təqdim edirik: