Qazaxıstanın Almatı şəhərində yerləşən hosteldə yanğın olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə şəhərin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Məlumata görə, yanğının ümumi sahəsi 30 kv.m-dir: “Görülən tədbirlərlə yanğın saat 06:22-də (Bakı vaxtı ilə 04:22) söndürülüb. Kəşfiyyat və yanğının söndürülməsi zamanı 13 nəfərin meyiti aşkar edilib. Onlar əvvəlcə dəm qazından zəhərlənərək ölüblər. Hosteldə olan 72 nəfərdən 59-nu xilas etmək mümkün olub”.