
"Report” xəbər verir ki, qəza Türkiyənin Şanlıurfa və Akçakale şəhərlərini birləşdirən avtomobil yolunda baş verib.
İlkin məlumata görə, yük avtomobili mikroavtobusa arxadan çırpılıb, nəticədə hər iki nəqliyyat vasitəsi yol kənarındakı çuxura aşıb.
Qeyd olunur ki, yol qəzasında xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.