İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən, İngiltərənin şimal-şərqində narkotik ticarəti ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın lideri Şaun Monaqan İstanbulda saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumatda kod adı “Qəfəs -16” olan əməliyyat nəticəsində yaxalanmış həmin şəxsin rəhbərlik etdiyi təşkilatın İngiltərədə külli miqdarda narkotik vasitələrin yayılması, qanunsuz silah ticarəti, soyğunçuluq və digər ağır cinayətlər törətdiyi qeyd edilir. Onun oktyabrın 25-də Türkiyəyə gəldiyi, dekabrın 4-də isə barəsində axtarış qərarı çıxarıldığı bildirilir.
Cinayətkar İstanbulun Fateh bölgəsində yerləşən bir oteldə həbs olunub.