
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.
Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.