Şəxsin qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluqdan Senzor.az-a verilən xəbərə görə, qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib ki, dekabrın 9-da saat 00:00 radələrində ADY-yə məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonunun Hacıhəsənli kənd sakini Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb".