Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
Hadisə Bayraq meydanı yaxınlığında qeydə alınıb. “Mercedes” avtomobili ilə yol polisinə məxsus BMW toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.