Ukraynada 26 nəfərin xəsarət alıdğı terror aktının səbəbi məlum olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, partlayışı törədən “Xalqın xidmətçisi” partiyasından olan 54 yaşlı deputat Sergey Batrin 2024-cü ilin büdcəsi qəbul edilməzdən əvvəl ötənilki xərclər barədə hesabat tələb edib.
Partlayışdan az öncə o, digər deputatlarla mübahisə edərək Keretskov icmasının başçısına əməkhaqqının 50 %-i qədər artım və hər ay 100 % bonus verilməsini düzgün saymayıb.
Daha sonra Batrin zaldan çıxıb və üç qumbara ilə geri dönərək ona söz verilməsini tələb edib və bunun nəticəsiz qaldığını görərək sursatları işə salıb.
**15:11
Ukraynanın Zakarpatiya vilayətində kənd sovetinin deputatı iclas zamanı bir neçə qumbara partladıb.
Ukrayna Daxili İşlər Nazirliyi xəbər verir ki, hadisə zamanı 26 nəfər yaralanıb.
Onlardan 6-nın vəziyyəti ağırdır.
Partlayışı törədən deputat ölüb.