Göygöl rayonunda Kürəkçay mənbəyindən Göygöl şəhərini və kəndləri içməli su ilə təmin edən magistral xətdə qəza baş verib.
"Report"un məlumatına görə, yaranmış problemin aradan qaldırılması istiqamətində Göygöl rayon Sukanal idarəsi tərəfindən artıq lazımı işlərə başlanılıb.
Belə ki, d-400 mm plastik magistral su xəttində olan qəzanın aradan qaldırılması üçün əraziyə xüsusi texnikalar və işçi qüvvəsi cəlb olunub.
Su xəttinin bərpası mümkün qədər tez bir zamanda başa çatacağı bildirilir.