Saatlıda dəm qazından zəhərlənən müəllim və şagirdlərin son durumu açıqlanıb
YENİLƏNİB

Saatlıda dəm qazından zəhərlənən müəllim və şagirdlərin son durumu açıqlanıb.


TƏBİB-dən Senzor.az-a bildirilib ki, bu gün saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.


Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib: "Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir".


**

Saatlıda müəllim və 8 şagird dəm qazından zəhərlənib.


Məlumata görə, dəm qazından zəhərlənənlər rayonun Qaranuru kənd sakinləridir.


Onlar dərhal dərhal Saatlı Rayon Mərkəzi xəsətxanasına çatdırılıb, səhhətlərinin qənaətbaəxş olduğu bildirilir.


Həmin şəxslər 1965-ci il təvəllüdlü müəllim İsmayılova Göyçək Mətləb qızı, 2013-cü il təvəllüdlü Yarıyeva Fidan Seymur qızı, 2014-cü il təvəllüdlü Nüsrəddin Məhəmməd Samir oğlu, Hüseynli Məhəmməd İlham oğlu, Poladova Gülüstan Rauf qızı, Zahidli Təqi Azad oğlu, Həsənzadə Nazlı Anar qızı, Mənsimli Səadət Rauf qızı və Nuriyeva Tunar Hafiz qızıdır.


Faktla bağlı araşdırma aparılır.

**12:41

Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.


APA-nın məlumatına görə, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən 8 məktəbli Saatlı rayon xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.