Tovuzda işıq dirəyinin aşmasına görə dayandırılan oyun təxirə salınıb

Azərbaycan Premyer Liqasının XVIII turunda Tovuz şəhər stadionunda projektorlardan birinin aşması nəticəsində dayandırılan “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb.


Senzor.az xəbər verir ki, matçın qalan hissəsi bu gün oynanılmayacaq. Görüş dekabrın 24-ü, saat 12:00-da dayandırıldığı 82-ci dəqiqədən davam etdiriləcək.

**

Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu yarımçıq dayandırılıb.


Tovuz klubundan verilən məlumata görə, buna güclü külək nəticəsində projektorlardan birinin aşması səbəb olub.


Peşəkar Futbol Liqasından isə bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, azarkeşlər evakuasiya olunublar. Futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədirlər.


82-ci dəqiqədə dayandırılan görüşün davam etdirilib-etdirilməyəcəyi bilinmir.


Qeyd edək ki, oyunda “Turan Tovuz”un minimal hesablı üstünlüyü var – 2:1.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.