Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub.
Senzor.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, əslən azərbaycanlı olan Elçin Muradov Ukraynadakı müharibədə həyatını itirib.
O, beynəlxalq dərəcəli hakim, boks üzrə idman ustası olub.
E.Muradovun hansı istiqamətdə gedən döyüşlərdə və hansı şəraitdə həlak olduğu barədə məlumat verilməyib.