İndoneziyada nikel emalı zavodunda baş verən partlayış nəticəsində azı 13 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” sənaye parkının nümayəndəsinə istinadən məlumat yayıb.
"Hazırda... insident nəticəsində 13 nəfər ölüb. 38 nəfər yaralanıb", - agentlik sənaye parkının nümayəndəsinə istinadən bildirib.