Bakı metrosunda stansiya yoluna düşən kişi xəsarət aldı

Bakı Metropoliteninin “Xalqlar dostluğu” stansiyasında təxminən 65-70 yaşı olan kişi sərnişin ehtiyatsızlıq səbəbilə qatar stansiyaya daxil olarkən stansiya yoluna düşüb.

 

Senzor.az bildirir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, dərhal stansiya yolundan yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti dəvət olunub: “Stansiya işçisi və polis əməkdaşının operativ gördüyü tədbirlər sayəsində sərnişin stansiya yolundan çıxarılaraq ona ilkin yardım göstərilib. Təcili tibbi yardım personalı xəsarət almış sərnişinə ilkin tibbi yardım göstərib. Sərnişin təcili tibbi yardım xidməti ilə yola salınıb.

 

Təmas relsində yüksək gərginlik bərpa edildikdən sonra, qatar stansiyanı tərk edib. Polis və stansiya işçi personalının çevik tədbirləri nəticəsində qatarların hərəkətində intervaldan əlavə cəmi 5 dəqiqə yubanma qeydə alınıb”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.