
"Report"un məlumatına görə, minik avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1996-cı il təvəllüdlü Xəyal İsmayılov ölüb, 1994-cü il təvəllüdlü Yusif Axundov və daha 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
**21:36
Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ölümlə və xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.
"Report"un məlumatına görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər gənc oğlan hadisə yerində dünyasını dəyişib. Daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.