Rusiyada azərbaycanlı iş adamı vəhşicəsinə qətlə yetirildi

Rusiyada azərbaycanlı iş adamı amansızlıqla qətlə yetirilib.

 

APA xəbər verir ki, qətl hadisəsi Dağıstanın Xasavyurt şəhərində baş verib.

 

Belə ki, 37 yaşlı Cabir adlı Azərbaycan vətəndaşının evinə hücum olub. Onu mənzilində döyərək qətlə yetiriblər.

 

Həmyerlimizin cəsədi evində dodağı qopmuş vəziyyətdə aşkar olunub. Onun qətlə yetirildiyi vaxt həyat yoldaşı da evdə olub.

 

Məlumata görə, Cabirin kiçik məişət texnikası və mətbəx əşyaları mağazası olub. O, ötən gecə ezamiyyətdə olduğu Dubaydan uçaraq Xasavyurtdakı evinə qayıdıb. Səhər saat 5 radələrində iki nəfər Cabirin evinə gəlib. Həmyerlimizin onlarla borc haqqında söhbəti olub. Daha sonra söhbət davaya çevrilib, iş adamının arvadı ona kömək etmək istəsə də, başından aldığı zərbədən sonra o, huşunu itirib.

 

Hazırda polis qətlin iştirakçılarını axtarır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.