Zaqatalada evdə partlayış -
3 NƏFƏR XƏSARƏT ALDI
Zaqatalada qaz sızması nəticəsində partlayış olub, üç nəfər xəsarət alıb.
 
APA xəbər verir ki, hadisə günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.
 
Qəsəbə sakini 1955-ci il təvəllüdlü Gülcöhrə Mahmud qızı Balakişiyevaya məxsus, ümumi sahəsi 74 kv/m olan fərdi yaşayış evində qaz sızması səbəbindən partlayış olub.
 
Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası, canlı qüvvəsi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
 
Anidən baş verən partlayış nəticəsində qaz sobasının yerləşdiyi otaqda olan G. Balakişiyeva, 1967-ci il təvəllüdlü Ramiz Tapdıq oğlu Umaxanov və 1957-ci il təvəllüdlü Abdurahman Araz oğlu Balakişiyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
 
Yanıq xəsarəti alanlardan R. Umaxanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimsiya şöbəsinə, G. Balakişiyeva və A. Balakişiyev isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hər üç yaralıya 2-3 dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub.
 
Faktla bağlı araşdırma aparılır





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.