Dekabrın 28-də Nardaran stansiyasından 20 kilometr şərqdə Xəzər dənizində zəlzələ olub.
Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 19:28-də qeydə alınan zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.
Zəlzələnin ocağı 16 kilometr dərinlikdə yerləşib.