Bakıda idarəetmədən çıxan avtomobil “Heydər” məscidinin divarına çırpılıb.
Senzor.az bildirir ki, hadisə gecə saat 03 radələrində baş verib.
Müslim Saidovun idarə etdiyi “Kia Rio” markalı avtomobil “Heydər” məscidinin divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin Hətəmov Ədalət Elçin oğlu hadisə yerində ölüb. Sürücü və digər sərnişinlər - Şirəliyev Xan İlqar oğlu və Mehdizadə Nihad Ziyadxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.