Almaniyada Reyn çayının daşması nəticəsində Köln, Bonn, Düsseldorf kimi şəhərlərdə həyat iflic olub.
“Report”un məlumatına görə, Avropanın ən uzun çayı olan və mənbəyini Alp dağlarından götürən çayın sahilində yerləşən bu şəhərlərdə suyun səviyyəsi son bir həftədə 2 metr qalxaraq 6,5 metrlik bir həddə çatıb.
Nəticədə sahilə yaxın ev, iş yerləri, ticarət obyektləri, parklar su altında qalıb. Çayın daşması xüsusilə nəqliyyatın hərəkətində problemlər yaradıb. Bir çox iş yeri əməkdaşlarına evdə qalmaları ilə bağlı çağırışlar edib.
Limanları su basdığına görə bərə səfərləri təxirə salınıb, yük gəmilərinin hərəkəti məhdudlaşdırılıb. Yanacaq daşıyan gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Bu, yanacağın qiymətində artışa səbəb olub.
Qeyd edək ki, Almaniyada sonuncu belə təbii fəlakət 2021-ci ildə qeydə alınıb. Reyn çayında suyun səviyyəsinin 8 metri keçməsi 135 nəfərin ölümünə səbəb olub.