Abşeron və Binəqədinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi bərpa olunub – YENİLƏNİB
FOTO

Abşeron və Binəqədi rayonlarında elektrik enerjisi ilə bağlı yaranan problem aradan qaldırılıb.

 

“Report”un məlumatına görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsinin və Binəqədi rayonunun Gülüstan qəsəbəsinin bir sıra ətraf küçələrinə elektrik enerjisinin verilişi tam bərpa olunub.

 

**12:55


“Azərişıq” ASC-yə məxsus yarımstansiyanın transformatorunun qoruyucusu və 5 müxtəlif ərazini elektrik enerjisi ilə təchiz edən 35 kV-luq əsas xətt, həmçinin 6 kV-luq yeraltı kabellərin zədələnməsi nəticəsində Abşeron və Binəqədi rayonunlarının bir hissəsinin elektrik enerji təchizatı dayandırılıb.

 

“Report”un əldə etdiyi məlumata görə, bu, vətəndaşların atdığı fişəng nəticəsində baş verib.

 

Bu səbəbdən 31 dekabr saat 23:55-dən etibarən Abşeron rayonu Mehdiabad qəsəbəsinin və Binəqədi rayonunun Gülüstan qəsəbəsinin bir sıra ətraf küçələrində elektrik enerjisi təchizatı dayanıb.

 

“Azərişıq” ASC-dən bildirilib ki, hadisədən dərhal sonra əraziyə təmir-bərpa briqadası göndərilib: “Qeyd edilən ərazilərdən 199 saylı çağrı mərkəzinə daxil olan zənglər əsasında əraziyə dərhal təmir-bərpa briqadası göndərilib. Gecə boyu və səhər saatlarında görülən işlər nəticəsində artıq 3 xəttin fəaliyyəti bərpa edilib. Yaxın saatlarda digər ərazilərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.