Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində, ilkin məlumata əsasən, doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əməliyyat zamanı təhlükəli vəziyyətdə qalmış bina sakinləri xüsusi təyinatlı texnikalarla təxliyə olunub.