Tokioda sərnişin layneri ilə toqquşan hərbi yük təyyarəsi imiş... - HƏLAK OLANLAR DA ONUN EKİPAJ ÜZVLƏRİDİR
YENİLƏNİB, VİDEO

Yaponiya Hava Yollarına (JAL) məxsus sərnişin təyyarəsinin Tokionun Haneda hava limanına enərkən toqquşduğu Yaponiya Sahil Mühafizəsinə aid DHC-8 hərbi-nəqliyyat təyyarəsinin altı ekipaj üzvündən beşi həlak olub.

 

Bu barədə NHK telekanalı məlumat yayıb.

 

Sahil Mühafizəsinin məlumatına görə, yanan təyyarədən təxliyə edə bilən DHC-8 pilotunun vəziyyəti ağırdır. Təyyarə ölkənin zəlzələdən zərər çəkmiş rayonlarına humanitar yardım çatdırmaq üçün uçmağa hazırlaşırmış. Toqquşmanın səbəbləri barədə hələ ki, məlumat yoxdur.

 

Eyni zamanda ölkənin şimalındakı Sapporo şəhərindən Tokioya uçan JAL təyyarəsində olan 367 sərnişindən heç biri xəsarət almayıb. Enişdən dərhal sonra onlar şişmə slaydlardan istifadə edilərək evakuasiya edilib. 12 ekipaj üzvünün də həyatı təhlükə altında deyil.

 

Onu da qeyd edək ki, bu arada sosial şəbəkələrdə JAL-516-dan sərnişinlərin təxliyəsi ilə bağlı görüntülər yayılıb...


**15:54


Tokioda alovlanan təyyarənin 5 ekipaj üzvü həlak olub.

 

Senzor.az bildirir ki, məlumatı yerli NHK World-Japan kanalı yayıb.

 

Təyyarədə 6 ekipaj üzvü olub.

 

**15:27


Xəbər verdiyimiz kimi, Yaponiyanın şimalındakı Sapporo şəhərindən Tokioya uçan təyyarə Tokio hava limanında yanıb.

 

Senzor.az NHK TV-yə istinadən bildirir ki, Yaponiyanın JAL şirkətinə məxsus Airbus A350 təyyarəsi Tokio hava limanı səmasında sahil mühafizə təyyarəsi ilə toqquşub.

 

Təyyarənin tamamilə yandığı, 367 sərnişinin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə təxliyə edildiyi bildirilir.


**14:26


Yaponiya Hava Yollarına məxsus təyyarə Tokiodakı Haneda Beynəlxalq Hava Limanında eniş edərkən alovlanıb.

 

Bu barədə NHK televiziyası görüntü yayıb.

 

Bildirilib ki, təyyarə uçuş-enmə zolağından çıxıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib.

 

Yanan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri (təxminən 400 nəfər) təxliyə edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.