Qazaxıstanda kafedə partlayış nəticəsində bina uçub, 2 nəfər ölüb.
Bu barədə “Sputnik”in Qazaxıstan bürosu məlumat yayıb.
Hadisə Qazaxıstanın Uralsk şəhərində baş verib. Gecə saatlarında baş vermiş güclü partlayışdan sonra ikimərtəbəli binada yanğın başlayıb.
Partlayış nəticəsində bina uçub, dağıntılar altından 6 nəfər xilas edilib, onlardan 5-i xəstəxanaya yerləşdirilib. Ölənlərin isə şəxsiyyəti müəyyənləşdirilir.
Hazırda hadisə yerində xilasedicilər çalışır, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimalı var.