"Bu gün ölən tələbəyə dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub - TƏBİB
YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Cəlilabad sakini Sevil Cabbar qızı İbayevanın bu gün qızılca xəstəliyindən vəfat etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.


TƏBİB-dən Senzor.az-a verilən məlumata görə, 30.12.2023-cül il tarixində Sabirabad rayon sakini 31.10.2002-cü il təvəllüdlü (qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub:


“Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq 04.01.2024-cü il tarixində saat 10:30 radələrində vəfat edib”.

**17:07

Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.


Yerli KİV xəbər verir ki, rayonun Sabirabad kənd sakini İbayeva Sevil Cabbar qızı bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.


Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.


Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.