Türkiyədə baş verən “qum fırtınası” Konya-Ankara magistralında ağır zəncirvarı qəzaya səbəb olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qəflətən tüğyan edən fırtınanın yaratdığı duman yolda görmək imkanını məhdudlaşdırıb. Bu səbəbdən bir neçə maşın idarəetməni itirib. Nəticədə otuza yaxın avtomobil bir-birinə çırpılıb. Yaralıların olduğu bildirilir.
Qeyd edək ki, hazırda Türkiyədə əlverişsiz hava şəraiti davam edir. Ölkə əhalisinə xəbərdarlıq edilib ki, insanlar ciddi zərurət olmadıqda evdən çıxmasınlar.
Bu arada o da məlum olub ki, Aksaray-Adana avtomobil yolu nəqliyyatın hərəkətinə müvəqqəti olaraq bağlanıb.