
İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.
Əlavə məlumat veriləcək.
**11.32
Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.
Senzor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bildirir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Yanğın yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.