Hindistan Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayıb.
TASS xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, insident nəticəsində Baş Qərargah rəisi general Bipin Ravat, onun həyat yoldaşı Madhulika Ravat və göyərtədə olan daha 11 nəfər həlak olub.
Yerli mətbuatda yayılan xəbərlərə görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.
Senzor.az xatırladır ki, general Bipin Ravat 2015-ci il fevralın 3-də də helikopter qəzasına uğramışdı. O, Dimapur şəhərində baş vermiş helikopter qəzasından ağır xəsarət alsa da, sağ çıxa bilmişdi.
Bipin Ravat Hindistan ordusunda yeni təsis edilən müdafiə qərargahının ilk rəisi kimi, vəzifəsinin icrasına ötən ilin yanvarında başlamışdı. Ondan əvvəl isə ordu komandanı vəzifəsində xidmət etmişdi.

With deep regret, it has now been ascertained that Gen Bipin Rawat, Mrs Madhulika Rawat and 11 other persons on board have died in the unfortunate accident.
— Indian Air Force (@IAF_MCC) December 8, 2021