
"Report"un məlumatına görə, hadisə Xanlıqlar kəndində qeydə alınıb.
Bir ailənin 6 üzvü (S.Nəsibova (1984-cü il təvəllüdlü), Ş.Ələkbərova (1988), X.Qoruçlu (2014), N.Qoruçlu (2017), L.Qoruçlu (yaş yarım) və 8 aylıq körpə (oğlan) C.Qoruçlu) naməlum şəraitdə zəhərlənib və xəstəxanaya çatdırılıblar.
Zərərçəkənlərin hamsına həkimlər tərəfindən tibbi yardım göstərilib, indi vəziyyətləri sabitdir.
Onlarla birlikdə 1956-cı il təvəllüdlü S.Mustafayevanın da xəstəxanaya aparıldığı bildirilir. Ona isə ambulator yardım göstərilib.
İlkin ehtimala görə, ailə üzvləri ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərləniblər.
Faktla bağlı araşdırmalara başlanılıb.