Kürdəmir rayonunda qardaşlar arasında yaranan mübahisə qanla nəticələnib.
AZƏRTAC xəbər verir ki, hadisə dekabrın 13-də gecə saat 23 radələrində rayonun Təklə kəndində baş verib.
Belə ki, aralarında yaranan mübahisə zəminində kənd sakini 31 yaşlı Şıxəliyev Cavanşir Rasim oğlu, qardaşı-35 yaşlı Şıxəliyev Mübariz Rasim oğluna bir neçə bıçaq xəsarəti yetirib. Ağır yaralanan Mübariz Şıxəliyev ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.