Dekabrın 18-də saat 15 radələrində Xırdalan şəhəri ərazisindəki Quşçuluq yaşayış massivində 1959-cu il təvəllüdlü Ağaməhəmməd Əhmədovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanı öldürməsi, 1985-ci il təvəllüdlü oğlu Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.
Abşeron Rayon Prokurorluğundan senzor.az-a verilən məlumata görə, A.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilir.
Abşeron Rayon Prokurorluğundan senzor.az-a verilən məlumata görə, A.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilir.