
Bununla bağlı Baku.ws-ə mərhumun yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, Q.Bağırov 6 il əvvəl Amerikaya yollanıb. Orada təhsil alan 25 yaşlı Qurban daha sonra çalışmağa başlayıb.
Hazırda mərhumun yaxınları cəsədinin Azərbaycana gətirilməsi üçün danışıqlar aparırlar. Bu prosesin 2 həftə ərzində reallaşacağı deyilir.
Bu arada Qurban Bağırovun qətlə yetirildiyi yerdən görüntülər yayılıb.
Bununla bağlı “CBS Chicago” telekanalı reportaj hazırlayıb.
Reportajda hadisənin baş vermə səbəbləri haqqında məlumat verilib, qətlin törədildiyi yer və azərbaycanlı gəncə məxsus avtomobilin görüntüləri yayımlanıb.
Həmin görüntüləri təqdim edirik:
Azərbaycanlı gənc ABŞ-da qətlə yetirilib.

İddia edilir ki, həmyerlimiz Qurban Bağırov avtomobil idarə edərkən digər sürücü ilə aralarında yaranan mübahisə zamanı güllələnib.
Hadisəni törədən şəxs ondan yol istəyən azərbaycanlı gəncə atəş açıb.