Novxanı-Binəqədi şossesində (Novxanı qəsəbəsi ərazisində) yol qəzası baş verib.
APA xəbər verir ki, 1986-cı il təvəllüdlü Vəliyev Samir Bəhram oğlu idarə etdiyi “KİA Optima” markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən “KİA Rio” markalı maşına çırpılıb.
Zərbə o qədər güclü olub ki, S.Vəliyevin idarə etdiyi maşın yol kənarındakı nişana, daha sonra işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində “KİA Rio” markalı maşının sərnişini, 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarət alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.
Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, S.Vəliyev avtomobili ağır dərəcəli sərxoş halda idarə edib.
Qeyd edək ki, S.Vəliyev Beynəlxalq Hava Limanında xidmətə çıxan Dövlət Gömrük Komitəsinin leytenant xüsusi rütbəsində olan zabitidir.