
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, həmin şəxs artıq saxlanılıb.
Qəsrin mühafizəsini təşkil edən qurumdan verilən məlumata əsasən, silahlı şəxsin 19 yaşı var. O, qəsrin ərazisinə keçsə də, iqamətgahın heç bir binasına girə bilməyib.

Hadisə ilə bağlı Kral ailəsinin üzvlərinin məlumatlandırıldığı bildirilir.
“Biz bu insidentin ictimaiyyət üçün ciddi təhlükə yaratdığına inanmırıq”, - deyə hüquq-mühafizə orqanlarının məlumatında qeyd edilib.