
Senzor.az bildirir ki, əvvəlcə paytaxtın Nəsimi rayonunda yaşadıqları evdə dəm qazından zəhərlənən 1961-ci il təvəllüdlü Qarayeva Heyran Bayram qızı və 1968-ci il təvəllüdlü Həsənova Sevda İsa qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
İkinci hadisə isə hadisə Sabunçu rayonunda qeydə alınıb. Yenə yaşadığı evdə dəm qazından zəhərlənən 2006-cı il təvəllüdlü Zeynalzadə Mehdi Mehman oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Zəhərlənənlərin hər üçü həkim nəzarətinə götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.