Belçikalı kikboksçu Frederik Sinistra koronavirusdan vəfat edib.
“Haber Global” bildirir ki, ölkənin ən güclü insanı hesab olunan 40 yaşlı idmançı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
O, bir müddət öncə koronavirusu ciddiyə almadığını və bu səbəbdən peyvənd olunmaqdan imtina etdiyini bildirmişdi. Sinistra yaşının və fiziki durumunun onu hər hansı bir koronavirus simptomundan qoruyacağını iddia edirdi.
Qeyd edək ki, Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovla döyüş keçirib və 2-ci raundda nokauta düşərək uduzub.