Bakıda ağır qəza: ölən və yaralananlar var - FOTO
Bakının Sabunçu rayonunda yol qəzası baş verib, nəticədə 4 nəfər xəsarət alıb, bir nəfər ölüb.
 
APA xəbər verir ki, hadisə Məmmədli qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü Xanmirzəyev Şahüseyn Xəqani oğlu hərəkətdə olan zaman Camallədin Məmmədov idarə etdiyi “AzSamand” markalı maşını onun nəqliyyat vasitəsinə çırpıb.
 
Qəza nəticəsində “Mercedes”in sürücüsü, o cümlədən onun atası-1968-ci il təvəllüdlü Xəqani Xanmirzəyev Şahüseyn oğlu, anası Xanmirzəyeva Rəsmiyyə Bilal qızı ağır xəsarətlər alıblar.
 
Qəza zamanı “Azsamand”ın sərnişini, 1981-ci il təvəllüdlü Əliyev Ramin Sabir oğlu da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
“AzSamand”ın sürücüsü Camallədin Məmmədov isə hadisə yerində ölüb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq “morq”a təhvil verilib.
 
Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
 
Yol Patrul Xidmətinin əməkdaşı Samir Əzimov bildirib ki, “AzSamand” markalı maşının sürücüsü sükan arxasında yuxuya gedib. Qəzaya səbəb məhz bu olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.