Şəkidə təcili tibbi yardım maşını qəzaya düşüb.
Oxu.az-ın məlumatına görə, hadisə Şəkinin Salman Mümtaz küçəsində baş verib.
Belə ki, Qax Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım maşını ZİL markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində xəstə və tibb bacısı xəsarət alıb.
Şəki Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, hadisə zamanı COVID-19 xəstəsi döş qəfəsinin qapalı travması, onu müşayiət edən tibb bacısı isə onurğanın qapalı travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.