APA-nın əməkdaşları hücuma məruz qalıblar -
FOTO
 Masazır qəsəbəsində yol qəzası baş verib.
 
APA xəbər verir ki, hadisə Novxanı şosesində qeydə alınıb.
 
Belə ki, Qasımzadə İman Seyran oğlu idarə etdiyi 99-SG-213 dövlət nişanlı “VAZ-21012” markalı avtomobillə yolu keçən 1999-cu il təvəllüdlü Nurəliyeva Əfsanə Sahib qızını vurub. Yaralının yaxınları sayta bildiriblər ki, təcili yardım xidməti əraziyə 30 dəqiqədən gec gəlib.
 
 
Hadisəni işıqlandıran “APA Group”un əməkdaşı Nurlan Əli və operator Hüseyn Qurbanov sürücünün yaxınları tərəfindən təzyiqə məruz qalıblar. Onlar çəkiliş olmamasını tələb edərək hadisə yerində olan əməkdaşın mobil telefonunu və kamerasını əlindən alıblar. Buna görə də Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verilib. Əraziyə gələn post patrul xidmətinin əməkdaşları insidentin qarşısını alıblar.
 
Qeyd edək ki, insident zamanı Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisə yerində olublar. Amma hərəkətsizlik göstəriblər.
 
Daha sonra əraziyə Təcili Yardım Xidməti gəlib, yaralı Ə.Nurəliyeva xəstəxanaya aparılıb. Sözügedən təcili yardım xidmətinin əməkdaşı jurnalistlərə bildirib ki, ləngimə ərazidə müraciətin çox olması səbəbindən yaranıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.