
Bu barədə ABŞ Milli Meteoroloji Xidmətinin yerli ofisinin “Tvitter” hesabında bildirilib.
Təxliyə xüsusilə, təxminən 21 min nəfərin yaşadığı Luisvil və təxminən 13 min nəfər əhalisi olan Superior yaşayış məntəqələrində həyata keçirilir. Bu yaşayış məntəqələri Koloradonun paytaxtı Denver şəhəri yaxınlığında yerləşir.
“Qafqazinfo” son məlumatlara istinadən bildirir ki, meteoroloqlar axşama doğru küləyin sürətinin azalacağını proqnozlaşdırırlar. Bununla belə, Denver yaxınlığında küləyin sürəti saniyədə 45 metrə çatıb.