
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanlar azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Tsalka və Dmanisi rayonlarının ərazisində daha güclü olub.
Zəlzələnin gücü 4,1 bal olub.
Yeraltı təkanların episentri Tsalka rayonunun Məmişlər kəndində yerləşib.