Bakıda yaşayış binasında yanğın: 2 nəfər zəhərləndi - SAKİNLƏR TƏXLİYƏ OLUNDU
YENİLƏNİB
Bakıda yanğın zamanı 2 nəfər zəhərlənib, sakinlər təxliyə olunub.
 
Senzor.az bildirir ki, FHN-in yaydığı növbəti məlumatda belə deyilir.
 
Qeyd olunur ki, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 6 m² sahədə yanıb, yüksək temperaturdan 1 otağının tavanı 15 m² sahədə qarsalanıb. Həmçinin binanın üçüncü və dördüncü mərtəbələrində hər birinin ümumi sahəsi 50 m² olan iki mənzilin otaqlarının pəncərə çərçivələri 6 m² sahədə yanıb.
 
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb, 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
 
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
 
**18:52
 
Bakıda yaşayış binasında yanğın baş verib.
 
Senzor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
 
Nazirliyin “112” qaynar telefon xəttinə Cavadxan küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.
 
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
 
Əlavə məlumat veriləcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.