Sumqayıt şəhərində ümumi sahəsi 4280 m² (hər mərtəbəsi 1070 m²) olan mansarda tipli dördmərtəbəli xəstəxana binasının birinci mərtəbəsində otağın və dəhlizin yanar konstruksiyaları 134 m² sahədə yanıb.
Senzor.az bildirir ki, FHN-in yaydığı növbəti məlumatda belə deyilir.
Yanğın zamanı xəstəxananın yerləşdiyi mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 32 nəfər (xəstə) xilas edilib, 49 nəfər (xəstə və personal) təhlükəsiz əraziyə təxliyə olunub. Xilas edilənlərdən 15 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən digər xəstəxanaya aparılıb.
Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
**22:44(07.01.2022)
Sumqayıtda xəstəxanada baş verən yanğın söndürülüb.
Senzor.az FHN-ə istinadən bildirir ki, alovun qarşısı Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Oxu.az-ın məlumatına görə, sözügedən tibb müəssisəinin bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi isə xəstəxana kimi fəaliyyət göstərib.
Hadisə zamanı 32 nəfər xəstə, xəstəxanın 16 işçisi və 81 nəfər məcburi köçkün (ümumilikdə 129 nəfər) təxliyə olunub.
İnsident zamanı ölən olmayıb.
Əlavə məlumat veriləcək.
**19:41
Sumqayıtda xəstəxanada yanğın başlayıb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi və digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.