
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, nəticədə mənzilin mətbəxinin tavanı yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin arakəsmə divarları və pəncərələri dağılıb. Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif xəsarətlər alıb. Xəsarət alan şəxslər təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb. Evin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.