Goranboyun gənc sakini minaya düşüb.
Senzor.az bildirir ki, hadisə rayonun Tap Qaraqoyunlu kənd sakini, 26 yaşlı Vüqar Maqsud oğlu Məmmədovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən İncəçayı keçdiyi zaman baş verib.
Ağır yaralanan V.Məmmədov sürünərək həmin ərazidən uzaqlaşıb və mobil telefonundan yaxınlarına zəng edərək kömək istəyib.
Yaxınları onun olduğu yerə gedib və Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Zərərçəkmişin sol ayağı dizdən amputasiya olunub.
Goranboy Rayon Prokurorluğunundan bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı araşdırmalar davam edir.