Yanvarın 20-də Binəqədi rayonu DSK yolu adlanan ərazidə “Üç qardaş” MMC-nin müvəqqəti istismarında olan 91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda belə deyilir.
Daşıyıcının verdiyi məlumata görə, yük (TIR) avtomobili nasazlıq səbəbindən yolun kənarında dayansa da, qəza dayanma işıqlarını qoşmayıb.
Avtobusun sürücüsü Sərdar Həsənquliyev yük avtomobilini gördükdə əyləcə basıb, lakin yol sürüşkən olduğundan həmin nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə avtobusda olan bir nəfər sərnişin xəsarət alıb.
**09:04
Paytaxtda sərnişin avtobusu yük avtomobilinə çırpılıb.
“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 91 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və “KamAZ” markalı yük avtomobilinə çırpılıb.
Hadisə zamanı avtobusda olan sərnişin, 1968-ci il Əliyeva Xatirə Məmməd qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.