
Senzor.az bildirir ki, birinci hadisə Nəsimi rayonunda qeydə alınıb. 1972-ci il təvəllüdlü Rüstəmova Sara Xəlil qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
İkinci hadisə isə Binəqədi rayonunda baş verib. Belə ki, 1956-cı il təvəllüdlü Əliyeva Sədaqət Mövsüm qızı yolu keçərkən avtomobil onu vurub.
Hər iki halda yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktlarla bağlı araşdırma aparılır.