Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
Senzor.az bildirir ki, bu barədə DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, yanvarın 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin ötən ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.
Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.
Baş Prokurorluğun Mətbuat Xidməti isə DSX-nın matrosu Ramil Rzaquliyevin intihar etməsi ilə bağlı cinayət işinin açıldığı barədə məlumat yayıb.
Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İctimaiyyətə əlavə məlumat veriləcək.