
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, avtomobil 1992-ci il təvəllüdlü Əliyeva Bahar Fəxrəddin qızını, onun azyaşlı övladları - 2015-ci il təvəllüdlü Əliyev Əli Zaman oğlunu və 2017-ci il təvəllüdlü Əliyev Fərid Zaman oğlunu vurub. Hadisə zamanı 7 yaşlı Əli Əliyev dünyasını dəyişib. Bahar Əliyeva və Fərid Əliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
F.Əliyevin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.